QALA NEWS

16 Aprel Çərşənbə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Jul 2022, 18:40
"Barselona" "Çelsi"nin kapitanı ilə danışıqları dondurub

"Barselona" İspaniya millisinin və İngiltərənin "Çelsi" futbol klubunun kapitanı Sesar Asplikueta ilə danışıqları dayandırıb.

Qalanews "Sport.es"ə istinadən xəbər verir ki, buna 33 yaşlı müdafiəçinin London təmsilçisi ilə müqaviləsinin avtomotik olaraq, daha bir il uzanması səbəb olub.

"Zadəganlar"ın maliyyə tələbini qarşılamaqda çətinlik çəkən Kataloniya klubu danışıqlar prosesini dondurub.

Bununla belə, Xavi Ernandesin rəhbərlik etdiyi komandanın əsas hədəfi əvvəlkitək təcrübəli oyunçudur.

Qeyd edək ki, Sesar Asplikueta ötən mövsüm "Çelsi"də 47 oyun keçirib. O, 3 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.




Baxış sayı: 268



OXŞAR XƏBƏRLƏR