QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 03 Jul 2022, 23:30
Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırıb

Qərb ölkələri Ukraynanı müasir döyüş sistemləri, o cümlədən uzaqmənzilli zenit-raket kompleksləri ilə təchiz etməlidir.

Qalanews xəbər verir ki, bunu Çexiya Prezidenti Miloş Zeman "CNN Prima News"a müsahibəsində deyib.

Zeman Ukraynaya silah tədarükünün davam etdirilməsinin və bu ölkənin hərbi personalının Çexiya ərazisində təlim keçməsinin vacibliyini qeyd edib.

Çexiya lideri Ukraynadakı münaqişənin uzanacağını istisna etməyib.

Eyni zamanda, o bildirib ki, Qərb Rusiyaya qarşı sərt sanksiyalar siyasətini davam etdirməlidir, çünki, bu, Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılmasına gətirib çıxaracaq.




Baxış sayı: 238



OXŞAR XƏBƏRLƏR