QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Jul 2022, 17:41
Xidmət vaxtı ölən və yaralanan daxili işlər orqanları əməkdaşlarının sayı açıqlanıb

Bu günədək xidməti vəzifələrini yerinə yetirərkən ölən və yaralanan daxili işlər orqanları əməkdaşlarının sayı açıqlanıb.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunan tədbirdə çıxışı zamanı Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi üçün döyüşlərə atılan polisin öz missiyasını mərdliklə yerinə yetirdiyini, müstəqilliyin yenicə bərpa edildiyi illərdə ölkəmizdə hökm sürən anarxiyanın ağır nəticələrinin aradan qaldırılmasında, respublikada daxili sabitliyin təmin edilməsində və hüquq qaydasının möhkəmləndirilməsində önəmli xidmətlər göstərdiyini diqqətə çatdırıb.

Nazir bildirib ki, indiyədək qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirərkən daxili işlər orqanlarının və Daxili Qoşunların 114 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2792 nəfər xəsarət alıb.




Baxış sayı: 243



OXŞAR XƏBƏRLƏR