QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Jul 2022, 11:48
Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkilərinin sayı 35 870 hərbçi təşkil edir”.

Qalanews xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

Qeyd olunub ki, bundan əlavə Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1582 tank, 3737 zirehli maşın, 800 artilleriya sistemi, 246 reaktiv yaylım atəşi sistemi, 105 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 186 helikopter, 653 operativ-taktiki PUA, 144 qanadlı raket, 15 gəmi/qayıq, 2614 avtomobil və avtoçən, 61 xüsusi texnikadan ibarətdir.

Bildirilib ki, Rusiya ordusu Baxmut istiqamətində itkilər verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.



report




Baxış sayı: 298



OXŞAR XƏBƏRLƏR