QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 02 Jul 2022, 14:08
İlin ilk yarısında beynəlxalq oyunlarda ən çox qol vuran futbolçular açıqlanıb

2022-ci ilin ilk altı ayı ərzində beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların adları açıqlanıb.

Qalanews  Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, siyahıya Fransa millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema başçılıq edir.

35 yaşlı hücumçu bu müddət ərzində 11 qola imza atıb. Benzema qolların 10-nu UEFA Çempionlar Liqasında, birini isə UEFA Millətlər Liqasında vurub.

İngiltərənin "Liverpul" klubunda Almaniya "Bavariya"sına keçən Sadio Mane 10 qolla ikinci sırada qərarlaşıb. Seneqallı forvard 7 dəfə milli komandada, 3 dəfə isə Çempionlar Liqasında fərqlənib.

İtaliya "Roma"sında çıxış edən Eldor Şomurodov, Meksikanın "Pumas UNAM" klubundan Xuan Dinenno və Braziliya "Palmeyras"ından Rafael Veyqa 9 qolla növbəti yerləri bölüşdürür.



report




Baxış sayı: 250



OXŞAR XƏBƏRLƏR