QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Jul 2022, 22:13
Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlanıb

İyulun 26-da Bakı şəhərində Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçiriləcək.

Qalanews xəbər verir ki, bununla bağlı Energetika Nazirliyi hazırlıqlara başlayıb.

Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, enerji, logistika və infrastruktur, kənd təsərrüfatı, mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Həmçinin AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Dövlət Neft Fondu və İtaliyanın müvafiq qurumlarının iştirakı ilə hər iki ölkədə investisiya imkanları və perspektivlərin müzakirəsinə həsr olunmuş sessiya keçiriləcək.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra hökumətlərarası komissiyasının 6-cı iclasının yekunlarına dair Protokol imzalanacaq.

Hökumətlərarası komissiyanın həmsədrləri energetika naziri Pərviz Şahbazov və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefanodur.

Qeyd edək ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı, Azərbaycan isə İtaliyanın ən böyük xam neft təchizatçısıdır.




Baxış sayı: 243



OXŞAR XƏBƏRLƏR