QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 01 Jul 2022, 16:03
Macarıstan klubu "Qəbələ" ilə oyundan əvvəl müdafiəçi transfer edib

"Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın "Fehervar" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Qalanews xəbər verir ki, klub "Zalaeqerseq"dən Nikola Serafimovu transfer edib.

22 yaşlı mərkəz müdafiəçisi avrokubokda mübarizə apardığı üçün "Fehervar"ı seçdiyini söyləyib. Şimali Makedoniya millisinin üzvü Konfrans Liqasında qrup mərhələsinədək irəliləmək istədiklərini bildirib.

Qeyd edək ki, "Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.




Baxış sayı: 241



OXŞAR XƏBƏRLƏR