QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 Jun 2022, 14:49
Ukraynanın işğal altındakı şəhərindən taxılla dolu ilk gəmi yola düşüb

Ukraynanın Rusiya qüvvələrinin işğalı altındakı Zaporojye vilayətinin Berdyansk şəhərindən taxılla yüklü ilk ticarət gəmisi yola düşüb.

Qalanews xəbər verir ki, bu barədə Rusiyanın təyin etdiyi vilayət administrasiyasının rəhbəri Yevgeni Balitski bildirib.

Onun sözlərinə görə, gəmi 7 min ton taxıl daşıyır. Y.Balitski gəminin istiqaməti barədə məlumat verməsə də, onun “dost ölkələrə” yollandığını vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynanın şərq və cənub bölgələrini, o cümlədən bir sıra limanlarını işğal edəndən sonra yerli taxıl məhsulları rusiyalıların əlinə keçib. Nəticədə bəzi ölkələrdə taxıl qıtlığı yaranıb. Rəsmi Kiyev başda olmaqla bir sıra Qərb rəsmiləri bu məhsulların Rusiya tərəfindən oğurlanaraq qanunsuz yolla bəzi ölkələrə satıldığını açıqlayıblar. Hazırda Türkiyə və BMT Ukrayna taxılının qanuni yolla ixracı üçün danışıqlar aparır.




Baxış sayı: 271



OXŞAR XƏBƏRLƏR