QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 30 Jun 2022, 12:51
Azərbaycan Prezidenti: "Bizim tarixi və mədəni irsimiz işğal dövründə ermənilər tərəfindən məhv edilib"

Bizim tarixi və mədəni irsimiz işğal dövründə ermənilər tərəfindən məhv edilib. İşğaldan azad olunmuş ərazilərə səfər edənlər bu vəhşiliyin miqyasını öz gözləri ilə görürlər.

Qalanews xəbər verir ki, bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, on minlərlə insan azad olunmuş ərazilərə səfər edib. Onların arasında xarici siyasətçilər, parlamentlərin sədrləri və üzvləri, ekspertlər və sadə vətəndaşlar da var.

“Məscidlərimizin təhqir olunmasını, mədəni abidələrimizə qarşı törədilən vəhşilikləri hamı görüb. Təəssüf ki, ermənilərin bu vəhşiliklərinə qarşı etinasızlıq nümayiş etdirilib”, - deyə Prezident İlham Əliyev vurğulayıb.




Baxış sayı: 232



OXŞAR XƏBƏRLƏR