QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 29 Jun 2022, 10:02
Təzyiqi sabitləşdirən, əsəb gərginliyini aradan qaldıran bitki çayları

Bitki çayları, valerian, kalendula və ya itburnu həlimləri insana qan təzyiqini sabitləşdirməyə kömək edə bilər.

Bundan əlavə, bu sadə və zərərsiz içkilər yuxunun keyfiyyətinə və sinir sisteminə yaxşı təsir göstərir.

Qalanews publika.az-a istinadla bildirir ki, bu sözləri kardioloq, Rusiyanın əməkdar həkimi Yuri Serebryanski deyib.

"Valerian kökündən həlim hazırlaya, ya da kalenduladan çay dəmləyə bilərsiniz. Bunlar zərərsiz, eyni zamanda faydalı içkilərdir. Hamısı sinir sistemi və qan təzyiqini sabitləşdirir, yuxunu yaxşılaşdırır və əsəb gərginliyini azaldır", - mütəxəssis "Moskva 24" telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, qızılgül çayı da çoxşaxəli təsir göstərir. O, nəinki təzyiqi sabitləşdirir, həm də damarlara, immunitetə və sinir sisteminə faydalı təsir göstərir. Serebryanski əlavə edib ki, nanə, qarağat və limon balzamı ilə çaylar da sağlamlıq üçün faydalıdır.




Baxış sayı: 244



OXŞAR XƏBƏRLƏR