QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 28 Jun 2022, 16:46
Azərbaycanda builki taxıl yığımının həcmi 1,4 milyon tona yaxınlaşıb

Azərbaycanın 61 rayonunda taxıl biçini gedir.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, aran bölgələrində arpa biçini yekunlaşmaq üzrədir, artıq əksər rayonlarda kütləvi buğda biçininə başlanıb. Bu günə qədər sahələrdən ümumilikdə 1 364 844 ton məhsul yığılıb.

Biçin prosesinə 1503 taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində “Aqroservis” ASC-nin yerli bölmələrinin 649, fiziki və hüquqi şəxslərin isə 854 kombaynı iştirak edir. Biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə kombaynlar dislokasiya olunub.

“Aqroservis”in kombaynları sahəsi ilkin mərhələdə 50 hektara qədər olan kiçik və orta təsərrüfatlarda biçin aparır. Biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir. Növbəlilik sistemini biçinə hazırlıq dövründə yerlərdə icra nümayəndələri və bələdiyyələr müəyyənləşdirib, sistemə nəzarəti isə Dövlət Aqrar İnkişaf Mərkəzləri həyata keçirir.




Baxış sayı: 280



OXŞAR XƏBƏRLƏR