QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 28 Jun 2022, 14:43
ŞAD XƏBƏR: Azərbaycanda uşaqlara bu qədər pul VERİLƏCƏK - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

Qalanews Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasında Musa Quliyev deyib.

O qeyd edib ki, maliyyə vəsaitinin böyük əksəriyyəti əmək pensiyaları üzrə maddi yardıma əmək haqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi üçün sərf ediləcək.

M.Quliyev vurğulayıb ki, uşağın anadan olmasına görə müavinətlərə ayrılan vəsaitin daha 4 milyon manat artırılaraq 24 milyon manata çatdırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, bu artım uşağın doğulmasına görə müavinətin məbləğinin bu ilin əvvəlindən 200 manatdan 300 manata çatdırılması ilə əlaqədardır.

Qeyd edək ki, dəyişikliklər nəticəsində Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 5606,3 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 299,5 milyon manat və ya 5,6 faiz çoxdur.




Baxış sayı: 3043



OXŞAR XƏBƏRLƏR