QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 Jun 2022, 12:05
Şərq-Qərb Koridorunun şaxələndirilməsində Zəngəzur Dəhlizinin önəmi müzakirə olunub

Şərq-Qərb Orta Dəhlizinin şaxələndirilməsi baxımından Zəngəzur Dəhlizinin xüsusi önəmi Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər nazirlərinin bu gün Bakıda keçirilən üçtərəfli görüşündə müzakirə edilib.

Qalanews xəbər verir ki, bunu Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısından sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə faydalı fikir mübadiləsi aparılıb: "Həmkarlarımız Zəngəzur dəhlizinin reallaşmasına tam dəstək ifadə ediblər".

Nazir vurğulayıb ki, Trans-Xəzər Fiber-Optik-Kabel layihəsinin irəli aparılmasının önəmi diqqətə çatdırılıb: "Azərbaycan tərəfi olaraq həmkarlarıma işğaldan azad olunan ərazilər, 44 günlük Vətən müharibəsinin bölgədə yaratdığı yeni reallıqlar, Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarında həyata keçirilən böyük layihələr, eyni zamanda, nəqliyyat layihələri barədə məlumat verilib".




Baxış sayı: 245



OXŞAR XƏBƏRLƏR