QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 Jun 2022, 12:32
“YAŞAT” Fondu 94 tələbənin təhsil haqqını ödəyib

"Bu günə qədər “YAŞAT” Fondu təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 176 və yaralıların 39 müraciəti olmaqla ümumilikdə 215 müraciəti təmin edib".

Qalanews xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri 254 637.99 manat vəsaiti qarşılanıb: "Təhsil haqqı qarşılanan 94 şəxsin ödənişini Fond, 72 şəxsin isə ödənişini Fondun təşəbbüsü ilə təhsil müəssisələri qarşılayıb".

"Ötən tədris ilində rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib. İndiyə qədər 47 şəxsə (29 şəhid ailə üzvü və 18 yaralı) 2000 AZN vəsait köçürülüb.

Bu günədək “YAŞAT” Fondunun iş şöbəsi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi və Dünya məktəbi arasında şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədilə niyyət protokolu imzalanıb. Bununla yanaşı, “Dərs evi” tədris mərkəzi, “İnnab Business School”, “SAT Group”, “Data Science Academy” və “Mars Academy” təlim-tədris mərkəzi ilə əməkdaşlıq qurulub", - Fondun rəhbəri əlavə edib".




Baxış sayı: 362



OXŞAR XƏBƏRLƏR