QALA NEWS

23 Aprel Çərşənbə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 23 Jun 2022, 03:36
AŞPA Ukrayna ilə bağlı üç qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ukrayna ilə bağlı üç qətnamə qəbul edib.

Qalanews xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri (hakim “Xalqın xidmətçisi” fraksiyası) Mariya Mezentseva deyib.

“Bu, heç vaxt olmayıb! Ukrayna ilə bağlı 3 qətnamə. Biz üç mühüm qətnaməni səsə qoyduq və qəbul etdik”, - Mezentseva feysbuk hesabında yazıb.

Deputat bildirib ki, Ukrayna nümayəndə heyətinin düzəlişləri nəzərə alınıb və “Rusiya Federasiyasının Ukraynaya təcavüzü ilə əlaqədar humanitar nəticələr və insanların (ölkə-red) daxili və xaricə köçürülməsi” qətnaməsi təkmilləşdirilib.

“Biz köçkün ukraynalılar üçün mənzillərin maliyyələşdirilməsi probleminin həllinə, hərbi əsirlərin mübadiləsini aktivləşdirməyə çağırırıq. Avropa İttifaqı Aİ ölkələrində müvəqqəti müdafiə almış və orada 90 gündən çox qalan və Ukraynaya gedən şəxslərin qurumun ərazisinə qayıtmaq hüququna aydın hüquqi izahat verməlidir”, - Mezentseva bildirib.




Baxış sayı: 250



OXŞAR XƏBƏRLƏR