QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 16 Jun 2022, 12:51
Müxtəlif ölkələrdən olan bir qrup səyyah və bloger Azıx mağarasında olub

Dünyanın 10 ölkəsindən olan bir qrup səyyah və bloger Azıx mağarasında olub.

Qalanews xəbər verir ki, xarici səyyahlara dünya tarixində mühüm yer tutan Azərbaycanın bu unikal arxeoloji abidəsinin əhəmiyyəti barədə məlumat verilib.

Bildirilib ki, arxeoloq Məmmədəli Hüseynovun 1968-ci ildə burada aşkar etdiyi Azıx adamının qalıqları bəşər tarixində unikal tapıntı hesab olunur və işğal dövründə ermənilərin dəyərli artefaktları qanunsuz şəkildə ölkədən çıxarması beynəlxalq konvensiyaların pozuntusudur.

Azıx mağarası — Azıx kəndi yaxınlığında yerləşən 6 mağaradan ibarət kompleksdir. Mağara kompleksi Xocavən rayonu ərazisində, Quruçay çayının sol sahilində, Tuğ kəndindən 3 km aralıda, Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşir.

Xatırladaq ki, Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 səyyah üç gün ərzində Azərbaycanın işğal edilmiş ərazilərində səfərdə olacaq.




Baxış sayı: 325



OXŞAR XƏBƏRLƏR