QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Jun 2022, 14:25
Bakıdakı məktəbdə müəllimləri oynadıb, sinələrinə pul basdılar - İDDİA olunan görüntülər...VİDEO

Sosial şəbəkədə Akademik Zərifə Əliyeva adına liseyin müəllimlərinin videosu yayılıb.

Qalanews Teleqraf.com-a istinadla xəbər verir ki, iddialara görə, görüntülər təhsil kompleksində çəkilib.

Görüntülərdə müəllim göbək rəqsi oynayır, təşkilati işlər üzrə direktor müavini Axundova Nigar müəllimin sinəsinə pul basır.

Məlumata görə, liseydə direktor vəzifəsini icra edən Aynur Hüseynova təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın yaxın qohumudur.

Liseylə əlaqə yaratmağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Bakı Şəhər Təhsil İdarəsindən birildirilib ki, lisey onların tabeliyində deyil.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev baş verən hadisəni qınayıb və məktəb rəhbərliyinin cəzalandırılmasını tələb edib: "Zərifə xanım Əliyevanın adını daşıyan Liseydə müəllim adına yaraşmayan hərəkətlərə yol vermək bağışlanmazdır. Liseyin direktoru və onun himayəçiləri cəzalandırılmalıdır".






Baxış sayı: 37892



OXŞAR XƏBƏRLƏR