QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 28 May 2022, 21:50
Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Gürcüstanın paytaxtı Tbilisinin iki əsas simvolu - televizya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Qalanews xəbər verir ki, aksiya 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunub.

Axşam saatlarından etibarən 275 metrlik teleqüllə və Kür çayı üzərindəki şüşəli piyada körpüsü yaşıl, qırmızı və göy rənglərlə işıq saçmağa başlayıb.

Azərbaycan bayrağının rənglərinə boyanmış teleqüllə və “Sülh körpüsü” Tbilisinin axşam mənzərəsinə xüsusi gözəllik qatıb. Mənzərəni mərkəzi Rike parkdan Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da izləyib.




Baxış sayı: 282



OXŞAR XƏBƏRLƏR