QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 28 May 2022, 21:31
SON DƏQİQƏ: Rusiyada hərbi xidmət keçmə ilə bağlı yaş həddi ləğv edildi - Əsgər çatışmazlığı yaşanır

Rusiyada hərbi xidmət keçmə ilə bağlı yaş həddi ləğv edilib.

Qalanews lent.az-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu barədə fərmanı imzalayıb.

Qanuna görə, həm əmək qabiliyyətli Rusiya vətəndaşları, həm də əcnəbilər üçün hərbi xidmət üçün birinci müqavilə bağlamaq hüququ verilən yaş həddini aradan qaldırır.

Bundan əvvəlki qanunda isə hərbi xidmət üçün birinci müqaviləni 18 yaşdan 40 yaşa qədər olan vətəndaşlar, 18 yaşdan 30 yaşadək olan əcnəbi vətəndaşlar bağlaya bilərdi.

Yaş həddinin ləğvi belə əsaslandırılıb ki, silahlardan, eləcə də hərbi texnikalardan məharətlə istifadə yüksək peşəkar mütəxəssislər tələb edir. Təcrübə göstərir ki, hərbçilər 40-45 yaşa qədər daha peşəkar olurlar.




Baxış sayı: 1078



OXŞAR XƏBƏRLƏR