QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 May 2022, 18:01
Şimali Makedoniyanın XİN başçısı Ukraynanın İrpin şəhərində olub

Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Ukraynanın İrpin şəhərində olub.

Qalanews Ukrayna KİV-inə istinadən xəbər verir ki, o, şəhərə səfəri zamanı mülki əhaliyə hücumlara görə məsuliyyət daşıyanların hamısının cavab verməli olduğunu bildirib.

“İrpendə şahidi olduğum dağıntılar sözlə ifadə edilə bilməz. Mülki əhalini hədəfə almaq müharibə cinayətidir və tamamilə qəbuledilməzdir. Günahkarlar məsuliyyətə cəlb olunmalıdırlar”, - B.Osmani tviter səhifəsində yazıb.

O vurğulayıb ki, Şimali Makedoniya Ukrayna xalqının ədalətli mübarizəsini qətiyyətlə dəstəkləyir.

“Bu gün Kiyevdə olmaq mənim üçün şərəfdir. Ukrayna bizim ümumi azadlıq və demokratiya dəyərlərimizi qorumaqda ön sıralardadır”, - XİN başçısı söyləyib.



report




Baxış sayı: 268



OXŞAR XƏBƏRLƏR