QALA NEWS

16 Aprel Çərşənbə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 May 2022, 15:20
Ermənistan Baş nazirinin müavini: "Sərhədlərin delimitasiyası üzrə ilk görüş konstruktiv keçdi"

"Ermənistanla Azərbaycan arasında sərhədlərin delmitasiyası üzrə milli komissiyalarının mayın 24-də baş tutan birinci görüşü konstruktiv keçdi".

Qalanews xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan TASS-a müsahibəsində bildirib.

“Mayın 24-də sərhəddə birinci görüş keçirdik. Bu görüşdə gələcəkdə birgə fəaliyyətin təşkili məsələlərini müzakirə etdik. Bu baxımdan, görüşü tamamilə konstruktiv hesab edirəm. Sərhədlərin delimitasiya və təhlükəsizliyi məsələləri üzrə komissiyanın növbəti görüşünün tarixi barədə hələ razılıq yoxdur. Ancaq görüşün Moskvada keçirilməsi təsdiqlənib”, - o qeyd edib.

M.Qriqoryanın sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat-kommunikasiya xətlərinin açılması üzrə Üçtərəfli İşçi Qrupun iclası gələn həftə Moskvada keçiriləcək: “Bu görüşün konkret tarixinin müəyyən edilməsi razılaşdırılır. Görüşün gündəliyinə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatının icrası daxildir”.

Qeyd edək ki, mayın 24-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib. Tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.

Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.

Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.




Baxış sayı: 287



OXŞAR XƏBƏRLƏR