QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 May 2022, 15:06
"Yüksək Texnologiyalar Parkı": "TEKNOFEST"də məhsullarımıza maraq böyükdür"

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-nin (YTP) “TEKNOFEST-Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında nümayiş etdirdiyi məhsullara maraq böyükdür".

Bunu açıqlamasında Parkın baş direktoru Vasif Abbasov bildirib.

"Burada YTP-nin ərazisində fəaliyyət göstərən “Elm və Texnologiyalar Parkı”, “Təcrübə-Sənaye Zavodu”, “Beyt” , “Inkor”, “Proline Chemicals” və “Troniq” MMC-lər məhsullarını nümayiş etdirirlər. Məhsullar arasında kənd təsərrüfatı sahəsində monitorinq üçün nəzərdə tutulmuş pilotsuz uçuş aparatları, bitki əsaslı sürtkülər və sürtkü materialları, mineral, sənaye, mühərrik, hidravlik və transmissiya yağları, “Smart” arı yeşikləri, LED lampa üçün diod və mikrosxemlər, müxtəlif növ robot texnikası, platalar, süni intellekt məhsulları, xüsusi qatqılar, gübrələr, dərman preparatları yer alıb. Sevindirici haldır ki, bu innovativ məhsullarmıza olduqca böyük maraq göstərilir. Onlar analoqlarından bir çox xüsusiyyətlərinə görə irəlidədir, rəqabətqabiliyyətli olmaları ilə seçilir", - deyə o qeyd edib.




Baxış sayı: 277



OXŞAR XƏBƏRLƏR