QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 27 May 2022, 15:06
NATO-nun Baş katibi: “İsveç və Finlandiya Türkiyənin tələblərini yerinə yetirməlidirlər”

NATO-nun Baş katibi Yens Stoltenberq bu il iyunun sonunda Madriddə keçiriləcək NATO sammitinə qədər Finlandiya və İsveçin alyansa qoşulması üçün təşkilata üzv dövlətlərin razılığa gəlinəcəyinə ümid edir.

Qalanews xəbər verir ki, bu barədə İspaniyanın “Cadena SER” radiostansiyası məlumat yayıb.

“Müttəfiq məsələ qaldıranda onu həll etmək lazımdır. Həmişə belə olub”, - o vurğulayıb.

Baş katib xatırladıb ki, heç bir ölkə Türkiyə qədər terror hücumlarına məruz qalmayıb: “Siz kürdlərdən danışırsınız, amma etiraf etməlisiniz ki, bir neçə kürd qruplaşması var və PKK Avropa İttifaqı, yəni İsveç və Finlandiyanın terror təşkilatları siyahısındadır”.

Radiostansiyanın məlumatına görə, Finlandiya və İsveç Madriddə keçiriləcək NATO sammitində qonaq qismində iştirak edə biləcəklər, lakin iyunun 28-dək Türkiyənin tələblərinə cavab verməsələr, Alyansa üzv olmaq üçün namizəd ölkələr kimi orada öz planlarını gerçəkləşdimələri çətin olacaq.




Baxış sayı: 326



OXŞAR XƏBƏRLƏR