QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 May 2022, 16:03
Çeferin Rusiyanın yenidən avrokuboklarda təmsil olunacağına əmin deyil

UEFA prezidenti Aleksander Çeferin Rusiya klublarının beynəlxalq yarışlardan kənarlaşdırılmaları ilə bağlı vəziyyət barədə danışıb.

Qalanews xəbər verir ki, sloveniyalı funksioner bu komandaların yenidən avrokuboklarda çıxış edəcəklərinə əmin olmadığını bildirib. Əvəzində o, Ukrayna təmsilçilərinin müvafiq turnirlərdə oynamaları üçün mümkün hər şeyi edəcəklərini diqqətə çatdırıb.

Çeferin Ukrayna və Rusiya idmançılarına görə təəssüf hissi keçirdiyini, xüsusən, rusiyalı futbolçuların münaqişənin yan təsirlərini hiss etdiklərini dilə gətirib.

Qeyd edək ki, UEFA mayın 2-də Rusiya klubları və yığmalarını 2022/2023 beynəlxalq mövsümündən kənarlaşdırılmalarını qərara alıb.




Baxış sayı: 255



OXŞAR XƏBƏRLƏR