QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 May 2022, 15:20
Bu il Azərbaycanda əmək müqaviləsiz işləyən 1 600-a yaxın şəxs aşkarlanıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın vergi orqanlarının keçirdiyi operativ nəzarət tədbirləri nəticəsində əmək müqaviləsiz işə cəlb olunmuş 1 557 şəxs aşkar edilib.

Qalanews İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu qurumun İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə bildirib.

Bundan başqa, onun sözlərinə görə, ötən il bu rəqəm 6 329 olub.

"Əgər yoxlama zamanı əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni 10 və ondan çox işçinin əməyə cəlb edilməsi aşkara çıxarılarsa, bu zaman işəgötürənə Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə uyğun olaraq, 7 -10 min manat cərimə və yaxud 2 ilə qədər müddətə islah işləri (və yaxud azadlığın məhdudlaşdırılması , azadlıqdan məhrumetmə) ilə cəzalandırılır. Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman 3 ilə qədər müddətə azadlığın məhdudlaşdırılması və yaxud 3-7 il azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur", - deyə vergi rəsmisi qeyd edib.




Baxış sayı: 318



OXŞAR XƏBƏRLƏR