QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 25 May 2022, 21:37
İran prezidentindən MÜƏMMALI BƏYANAT: “Azərbaycanın təhlükəsizliyi İRANDAN ASILIDIR”

Ötən həftə Tehranda İran prezidenti İbrahim Rəisi Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib. Rəisi Azərbaycanla iqtisadi, siyasi, mədəni və ticari əməkdaşlığın inkişafını alqışlayıb və qeyd edib: “Tehran və Bakı arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi və tranzit sahəsində razılaşmaların tam reallaşması Azərbaycanın əməli addımlar atmasını tələb edir”.

Qalanews xəbər verir ki, bu barədə İRNA agentliyi bildirib və İran tərəfinin hansı addımları nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Sonra Rəisi “hər hansı faktorun iki ölkə arasında sıx münasibətlərə xələl gətirməsinə yol verilə bilməz”  deyib, ABŞ və İsraili region ölkələrinin maraqlarına məhəl qoymamaqda ittiham edib. İran prezidentinin sözlərinə görə, Azərbaycanın təhlükəsizliyi digər dövlətlərdən daha çox İrandan asılıdır. “İran və Azərbaycan arasında qarşılıqlı maraqlara əsaslanan konstruktiv münasibətlərin mövcudluğu regional təhlükəsizliyin qorunub saxlanması və möhkəmləndirilməsi üçün ən təsirli amildir”, – Rəisi deyib.



kaimaz




Baxış sayı: 5498



OXŞAR XƏBƏRLƏR