QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 25 May 2022, 22:13
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2,5 dəfə artıb

Bu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 400,2 min nəfər olub.

Qalanews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,7 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,9 dəfə artıb. Ölkə vətəndaşlarının 45,5 %-i Türkiyəyə, 16,7 %-i Rusiya Federasiyasına, 13,1 %-i İrana, 8,2 %-i Gürcüstana, 16,5 %-i digər ölkələrə səfər edib. Gedənlərin 67,1 %-ni kişilər, 32,9 %-ni qadınlar təşkil edib.

Bu ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 56,7 %-i hava, 40,6 %-i dəmir yolu və avtomobil, 2,7 %-i isə dəniz nəqliyyatından istifadə edib.




Baxış sayı: 277



OXŞAR XƏBƏRLƏR