QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 May 2022, 14:40
Belarus yığmasının futbolçusu Millətlər Liqasında oynamaqdan imtina edib

Rusiyanın "Rubin" klubunda çıxış edən Belarus yığmasının futbolçusu Vitali Lisakoviç UEFA Millətlər Liqasının matçlarında oynamaq istəməyib.

Qalanews yerli mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumçu milli komandadan gələn zənglərə və mesajlara məhəl qoymayıb.

Forvardın hansı səbəbdən bu addımı atdığı hələlik bəlli deyil.

Qeyd edək ki, Belarus seçməsi ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Slovakiyaya qarşı keçirəcək. 3 gün sonra həmin arenada Azərbaycan millisini qəbul edəcək kollektiv iyunun 10-da Qazaxıstanla qarşılaşacaq. Komanda iyunun 13-də isə Bakıda yenidən Canni De Byazinin baş məşqçi olduğu yığma ilə üz-üzə gələcək.

UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.




Baxış sayı: 292



OXŞAR XƏBƏRLƏR