QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 21 May 2022, 16:27
Ukraynada yaranan susuzluğa görə yeni virus yayıla bilər - XƏBƏRDARLIQ EDİLDİ

Rus işğalçıları Mariupolda su təchizatını bərpa etməyə çalışırlar, lakin onların qeyri-peşəkar hərəkətləri problem yarada bilər.

Qalanews axar.az-a istinadən xəbər verir ki, bunu Mariupol şəhərinin meri Vadim Boyçenko bildirib.

"Onların hazırda Mariupola ötürmək üçün bərpa etməyə çalışdığı su küçələrə axır. Bununla da qeyri-işlək vəziyyətdə olan kanalizasiya borularına tökülür və bütün bu qarışıq su anbarına, oradan da Azov dənizinə, əhalinin istifadə etdiyi quyulara axıdılır", - Boyçenko vurğulayıb.

O qeyd edib ki, ekoloji fəlakətə yoluxucu xəstəliklərin alovlanması da əlavə oluna bilər:

"Mütəxəssislərin bəhs etdiyi fəlakət də baş verə bilər - yoluxucu xəstəliyin alovlanması: ya vəba, ya da dizenteriya".

Mer qeyd edib ki, əhalini evakuasiya etmək lazımdır:

"Yaşıl dəhlizlər müəyyən edilsin və Mariupol sakinləri Ukraynanın nəzarət olunan hissəsinə getmək imkanı əldə etsinlər. Biz bütün beynəlxalq tərəfdaşlarımızı bu məqsəd ətrafında birləşməyə dəvət edirik".


Milli.Az




Baxış sayı: 367



OXŞAR XƏBƏRLƏR