QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 21 May 2022, 16:09
Tanınmış kikboksçular Azərbaycan çempionatında mübarizəyə qoşulur

Kikboksinq üzrə kişilər və qadınlar arasında keçirilən XXVI Azərbaycan çempionatında 1/4 final görüşləri davam edir.

Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, bu gün saat 17:00-dan başlanacaq yarımfinal qarşılaşmalarında Azərbaycanın tanınmış kikboksçuları mübarizəyə qoşulacaq.

Bunların arasında peşəkar kikboksçu, Ukraynada yaşayan azərbaycanlı Alim Nəbiyev ilk dəfə yerli çempionatda debüt edəcək. O, Zabit Səmədovun adını daşıyan döyüş klubunu təmsil edəcək. "Glory" turnirində çıxışları ilə tanınan Nəbiyev 81 kq çəki dərəcəsində "Full Contact" versiyası üzrə mübarizə aparacaq.

Bundan başqa, Azərbaycanın dünya çempionları - federasiyanın I vitse-prezidenti Ramal Aslanov (75 kq, "Dinamo" İdman Cəmiyyəti), Eduard Məmmədovun tələbəsi olan Anar Məmmədov (57 kq, ZV Döyüş Akademiyası) və Bəhram Rəcəbzadə (+91 kq, "Altın Qurd") yarımfinaldan mübarizəyə qoşulacaq. Onların hər üçü "Low Kick" versiyası üzrə çıxış edəcək.

Qeyd edək ki, Sərhədçi İdman Olimpiya Mərkəzində mayın 22-də keçiriləcək final görüşləri "İdman" telekanalı vasitəsilə canlı göstəriləcək.




Baxış sayı: 281



OXŞAR XƏBƏRLƏR