QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 21 May 2022, 11:03
Böyük Britaniya hakimiyyəti koronavirus təhlükəsi səviyyəsini aşağı salıb

Böyük Britaniya hakimiyyəti koronavirus ilə bağlı təhlükə səviyyəsini dördüncü səviyyədən üçüncü səviyyəyə endirib (ümumilikdə beş səviyyədir).

Qalanews Trend-ə istinadən bildirir ki, bu barədə qərar İngiltərə, Şimali İrlandiya, Uels və Şotlandiyanın baş həkimləri tərəfindən elan edilib.

"Birləşmiş Krallığın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin tövsiyələri fonunda, biz [Birləşmiş Krallığın müxtəlif hissələrinin] Baş Tibb Mütəxəssiləri və İngiltərə Milli Səhiyyə Xidmətinin Baş Tibb Mütəxəssisi razılaşdıq ki, təhlükə 4-cü səviyyədən 3-cü səviyyəyə qədər aşağı salınmalıdır", - deyə qərarda qeyd olunub.

Eyni zamanda, Britaniyanın baş tibb işçiləri koronavirus infeksiyasının yeni ştammlarının, xüsusən BA.4, BA.5 və BA2.12.1-in yayılması səbəbindən yoluxanların sayının artması ehtimalı barədə xəbərdarlıq ediblər.




Baxış sayı: 368



OXŞAR XƏBƏRLƏR