QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 20 May 2022, 17:12
Sergey Şoyqu: "Qərb sərhədlərimizdə 12 hərbi hissə yaradacağıq"

Rusiya qərb sərhədlərində 2022-ci ilin sonunadək Qərb Hərbi Dairəsində 12 yeni hərbi hissə və bölmə yaradacaq.

Qalanews “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu mayın 20-də Müdafiə Nazirliyində keçirdiyi kollegiyada bildirib.

Onun sözlərinə görə, Rusiyanın qərb sərhədlərində hərbi təhdid təhlükəsi artıb: “ABŞ-ın Avropada strateji uçuşlarının sayı 15 dəfə artıb. Amerika gəmilərinin Baltik dənizinə daxil olması sistematik xarakter alıb. Qarşılıq üçün uyğun tədbirlər görəcəyik. Bu şəraitdə döyüşən qoşunların tərkibini fəal şəkildə təkmilləşdiririk. İlin sonuna qədər Qərb Hərbi Dairəsində 12 hərbi hissə və bölmə formalaşdırılacaq”.

S.Şoyqu deyib ki, təşkilati tədbirlər qoşunların müasir silah və hərbi texnika ilə təchizatı sinxronlaşdırılır: “Bu il 2000-dən çox belə nümunənin qəbulu planlaşdırılır”.

Nazir vurğulayıb ki, qış hazırlıq dövrünün yekunları üzrə keçirilən nəzarət yoxlamaları bölmələrin hazırlıq səviyyəsinin əvvəlki illə müqayisədə keyfiyyətcə 25 faiz yüksəldiyini göstərib.

S.Şoyqu qeyd edib ki, Baltik Donanmasının gəmiləri tərəfindən yerinə yetirilən döyüş hazırlığı tapşırıqlarının intensivliyi 42 faiz artıb: “Müxtəlif növ silahlardan istifadə etməklə 300-dən çox döyüş təlimi keçirilib”.




Baxış sayı: 264



OXŞAR XƏBƏRLƏR