QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 19 May 2022, 14:22
Gəncədə Azərbaycan və Belarus müəssisələri arasında sənədlər imzalanıb

Gəncə şəhərində rəsmi səfərdə olan Belarusun Baş naziri Roman Qolovçenko Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində olub. 

Qonaqları qarşılayan Birliyin Müşahidə Şurasının sədri Xanlar Fətiyev müəssisənin fəaliyyəti barədə baş nazirə və digər belaruslu nümayəndə heyətinə məlumat verib. Qeyd olunub ki, 2006-cı ildə ölkə başçısı İlham Əliyevin Belarusa rəsmi səfəri zamanı bağlanmış ikitərəfli müqavilə əsasında Gəncə Avtomobil Zavodunda yeni yığım xəttləri quraşdırılıb, müəssisəmizdə müxtəlif markalı traktor və MAZ avtomobillərinin istehsalına  başlanılıb.

Bu günə qədər müəssisədə 12200-ə yaxın  8 modeldə traktor, 8 modeldə müxtəlif modifikasiyalarda 3000-ə yaxın MAZ avtomobilləri istehsal edilərək təyinatı üzrə  istifadəyə verilib. Bu avtomobillərin yığımının 30-40 % -ni yerli istehsal təşkil edir. Qonaqların diqqətinə o da çatdırılıb ki, müəssisə 2006-cı ildən başlayaraq Belarusun “Moqilyovtransmaş”, “Minsk təkərli dartıcılar” zavodu, “Bobruysk” ehtiyat hissələri və avadanlıqlar istehsalı zavodu, “Qomselmaş”, “Belkommunaş”  Açıq Tipli Səhmdar cəmiyyətləri ilə sıx əməkdaşlıq edir.

Zavodda Belarus şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində müxtəlif model yük avtomobilləri və traktorlar, taxılyığan kombaynlar, avtokranlar, ağır yük daşıyan dartıcılar, maye qazla işləyən avtobuslar, müasir elektrobusların yığımını həyata keçirilir.

 Müəssisə ilə yaxından tanışlıqdan sonra Belarusun Baş naziri Roman Qolovçenkonun iştirakı ilə Gəncə Avtomobil Zavodu İB və Belarus müəssisələri arasında əməkdaşlıq memarandumu və müqavilə imzalanıb. İlkin olaraq traktorların komplekləşdiricilərinin alınması məqsədilə Gəncə Avtomobil Zavodu İB-nin direktoru Bağban Nəbiyev və Minsk Traktor Zavodunun dirüktoru V. Vovk imzalayıb.

Sonra Belarusun "Qomselmaş" şirkətinin direktor müavini D. Afanasyev və Gəncə Avtomobil Zavodu İB-nin direktoru Bağban Nəbiyev iki müəssisə arasında niyyət protokolu imzalayıblar.




Baxış sayı: 242



OXŞAR XƏBƏRLƏR