QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 19 May 2022, 11:03
İnflyasiya Mərkəzi Avropanın bir sıra ölkələrində yoxsulluğun artmasına səbəb olub

Mərkəzi Avropanın bir sıra ölkələrində qiymət artımı və artan inflyasiya yoxsulluq həddindən aşağı gəlirləri olan ev təsərrüfatlarının sayını əks etdirən diaqram əyrisinin yüksəlişinə səbəb olub.

Qalanews AZƏRTAC-a istinadən bildirir ki, "Vışeqrad qrupu"na daxil olan ölkələrdə (Çexiya, Slovakiya, Macarıstan və Polşa) bu göstəricilər 14-16 faiz diapazonuna çatıb. Məsələn, ötən ilin sonunda yoxsulluq həddindən aşağı gəliri olan çex ev təsərrüfatlarının xüsusi çəkisi 9 faiz idisə, indi bu rəqəm 16 faizdir. Macarıstanda vəziyyət bir qədər yaxşıdır - artım 14 faizdə dayanıb. Polşa və Slovakiya hardasa ortadadır - bu iki ölkədə yoxsul ailələrin nisbəti 15 faizə yüksəlib. Mütəxəssislər bu ölkələrdə yoxsulluğun artmasını mənzil, enerji daşıyıcıları və qida məhsullarının bahalaşması ilə əlaqələndirirlər.

Bütün bu dörd ölkədə ən həssas əhali qrupu tək pensiyaçılar və tək valideynlərdir. Ölkənin uşağı olmayan yetkin sakinləri yoxsul vətəndaşlar kateqoriyasına düşmək təhlükəsinin öhdəsindən daha yaxşı gəlirlər.




Baxış sayı: 242



OXŞAR XƏBƏRLƏR