QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 16 May 2022, 22:36
"Çelsi" klubunun satışı sual altına düşüb

İngiltərənin "Çelsi" klubunun satışı sual altına düşüb.

Qalanews "The Times"ə istinadən xəbər verir ki, buna London təmsilçisinin hazırkı sahibi Roman Abramoviçin Böyük Britaniya hakimiyyətinin təklif etdiyi müqaviləni qəbul etməkdən imtinası səbəb olub. Hökumət gecikmənin klubun fəaliyyətinə təhlükə yarada biləcəyindən narahatdır.

Rusiyalı iş adamından "zadəganlar"ın satışından əldə ediləcək 2,6 milyard funt sterlinq vəsaitin Ukraynanın xilasetmə fonduna köçürüləcəyinə dair zəmanət tələb olunub. Abramoviç isə klubun ona olan 1,6 milyard funt-sterlinq məbləğində borcunun ödənilməsini istəyir.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya hökuməti "Çelsi"nin satışı ilə bağlı ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və "Clearlake Capital" investisiya şirkətindən ibarət qrupla razılığa gəlib.




Baxış sayı: 784



OXŞAR XƏBƏRLƏR