QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 16 May 2022, 15:19
SON DƏQİQƏ: İranda xalq ayağa qalxdı – Hökumət qüvvələri müdaxilə etdi, ölənlər var

İranda hökumətin ərzaq subsidiyalarını dayandırmasına etiraz məqsədilə başlayan nümayişlər siyasi xarakter alıb.

Qalanews xəbər verir ki, etirazçılar ölkənin yüksək rütbəli siyasətçilərini istefa verməyə çağırıb. Röyters sosial mediada nümayişçilərin paylaşdığı məlumatlara əsasən, aksiyalar zamanı azı 4 nəfərin həyatını itirdiyini yazıb. Ölkə miqyasında müşahidə edilən etirazlara polis gözyaşardıcı qazla müdaxilə edib. Polis etirazçıların hökumət binaları istiqamətində yürüş etməsinin qarşısını almaq üçün bəzi mərkəzi yolları və meydanları bağlayıb.

Etirazçıların sosial mediada paylaşdığı videolara görə, nümayişçilər İran ordusuna məxsus mərkəzə hücum edib. Bu zaman isə aksiya iştirakçılarına atəş açılıb. Aksiyalar Tehranla yanaşı Xorasan, Nişabur və Ərdəbil şəhərlərində də müşahidə edilib. İranın rəsmi agentlikləri ölkə miqyasında aksiyaların səngidiyini açıqlasa da, nümayişçilər sosial mediadakı paylaşımlarında aksiyaların davam etdiyini irəli sürüb.

metbuataz




Baxış sayı: 626



OXŞAR XƏBƏRLƏR