QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 16 May 2022, 18:01
Azərbaycan iqtisadiyyatı 7 %-dən çox böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 554,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Qalanews bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 %, qeyri neft-qaz sektorunda isə 11,4 % artıb.

ÜDM istehsalının 54,8 %-i sənaye, 7,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6 %-i nəqliyyat və anbar təsərrüfatı, 4 %-i tikinti, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 %-i informasiya və rabitə, 1,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,5 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 %-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri 57,15 % artaraq 3 938 manat olub.




Baxış sayı: 263



OXŞAR XƏBƏRLƏR