Namaz vaxtları
Kateqoriyalar
İQTİSADİYYAT
170
16 May, 2022 17:40
TRACECA üzrə daşımaların həcmi 7 %-ə yaxın artıb
Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10 858,3 min ton, yük dövriyyəsi isə 2557,7 milyon ton-km olub.
Qalanews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,7 % və 6,3 % artım müşahidə olunub. Yüklərin 6 115,1 min tonu və ya 56,3 %-i avtomobil nəqliyyatı, 3 507,0 min tonu və ya 32,3 %-i dəmir yolu nəqliyyatı, 1 236,2 min tonu və ya 11,4 %-i dəniz nəqliyyatı ilə daşınıb
Dəhliz vasitəsilə daşınmış yüklərin 23,8 %-ni və yaxud 2 585,3 min tonunu tranzit yüklər təşkil edib.
Video Xəbər
-
"Azərkosmos" ixrac gəlirlərini 38 % artırıb
Yazar Qalanews 12:00 -
Avropada təbii qazın qiyməti artıb
Yazar Qalanews 14:03
Aktual Xəbər
Ukraynanın işğal altındakı şəhərindən taxılla dolu ilk gəmi yola düşüb
118
30 Jun, 2022 14:49
BP Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlığını 2025-ci ilədək uzadıb
116
30 Jun, 2022 14:38