QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 May 2022, 21:17
Ukrayna qoşunları Xarkov vilayətində dövlət sərhədinə yaxınlaşıb

“Ukraynanın silahlı qüvvələri artıq Xarkov vilayətinin şimal-şərqindəki sərhədə yaxın ərazidə yerləşir. Yaxın günlərdə müdafiəçilərimiz ölkə sərhədinə çatmağa çalışacaqlar”.

Qalanews “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəhbərinin müşaviri Vadim Denisenko bildirb.

“Əgər söhbət Xarkov vilayətinin şimal-şərqindən gedirsə, orada Ukrayna qoşunları həqiqətən də orada əks-hücuma keçiblər, biz artıq sərhədə yaxınıq və ümid edirəm, hər şey yaxşı olsa, yaxın günlərdə Ukrayna sərhədinə çatmağa çalışacağıq”, - Denisenko deyib.

Eyni zamanda, onun sözlərinə görə, işğalçılar tərəfindən üç körpünün dağıdılması Ukraynanın regionda əks-hücumunu müəyyən qədər ləngidə bilər.

"Əgər regionun cənubundan, İzyum istiqamətindən danışırıqsa, onda onlar (işğalçılar - red.) orada cəmləşirlər, Slavyanska və Kramatorska növbəti zərbə vurmağı düşünürlər", - DİN rəsmisi əlavə edib.




Baxış sayı: 538



OXŞAR XƏBƏRLƏR