QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 May 2022, 14:55
Ukrayna DİN: Rusiya müharibənin 3-cü mərhələsinə qədəm qoyub

Rusiya Ukraynada genişmiqyaslı müharibənin üçüncü mərhələsinə qədəm qoyub və uzunmüddətli döyüşə hazırlaşır.

Qalanews UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Viktor Andrusiv Ümumkrayna telemarafonunun efirində deyib.

Andrusiv qeyd edib ki, birinci mərhələ Ukraynanı "bir neçə günə ələ keçirmək cəhdi", ikincisi - Ukrayna Müdafiə Qüvvələrinin şərqdə geniş mühasirəyə alınması idi.

“Bir mühasirə çox böyük planlaşdırılırdı, onu birbaşa Pavloqraddan kəsmək istəyirdilər, ikinci mühasirə Kramatorsk və Slavyansk ilə birlikdə planlaşdırıldı, indi isə son dərəcə kiçik bir mühasirə ilə qaldılar - əslində Severodonetsk və Lisiçansk, lakin onlar da bunu edə bilməzlər", - Andrusiv deyib.

O, həmçinin vurğulayıb ki, Rusiya qoşunları sərhədlərin müdafiəsi üçün hazırlaşmağa başlayır.




Baxış sayı: 353



OXŞAR XƏBƏRLƏR