az
“Almaniya və NATO-ya üzv başqa dövlətlər NATO-ya üzv olanadək İsveç və Finlandiyanın təhlükəsizliyinə təminat verə bilər”.
Qalanews TASS-a istinadən bildirir ki, bunu Almaniya Bundestaqının (parlamentinin) Xarici siyasət məsələləri üzrə komitəsinin sədri Mixael Rot Alyansa üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl bildirib.
“İsveç və Finlandiyanın NATO-ya üzvülüyünə Rusiyanın təcavüzkar ritorika və təxribatla reaksiya verməsi mümkündür. Hər iki ölkə Almaniyanın dəstəyinə arxalana bilər”, - o vurğulayıb.
Qeyd edək ki, Mixael Rot hakim Almaniya Sosial-Demokrat Partiyasının üzvüdür.
Mayın 15-16-da İsveç və Finlandiya üzvlüklə bağlı NATO-ya rəsmi müraciət edəcək.
Baxış sayı: 694