QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 May 2022, 17:40
Çin Asiya Kubokuna ev sahibliyindən imtina edib

Çin 2023-cü ildə keçirilməsi planlaşdırılan futbol üzrə Asiya Kubokuna ev sahibliyindən imtina edib.

Qalanews Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyasının ölkənin sosial-iqtisadi vəziyyətinə təsiri səbəb olub.

Təşkilat Komitəsinin növbədənkənar iclasından sonra yarışın Çində gerçəkləşməyəcəyi açıqlayıb. AFC Asiya Kuboku ilə bağlı yeni qərarların yaxın günlərdə ictimaiyyətə təqdim olunacağını diqqətə çatdırıb.

Qeyd edək ki, turnir 2023-cü il 16 iyun - 16 iyul tarixində keçirilməlidir. Çin artıq yarışa hazırlığın bir neçə mərhələsini keçib və Asiya Kubokunun loqosunu da təqdim edib.




Baxış sayı: 534



OXŞAR XƏBƏRLƏR