QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 May 2022, 17:12
Ərdoğan: "Qarabağ müharibəsi informasiya savaşında həmrəyliyimizin əhəmiyyətini göstərdi"

“İkinci Qarabağ müharibəsi zamanı yayılan şayiələr, dezinformasiyalar bizə türk dövlətləri arasında bu məsələdə həmrəyliyin olmasının əhəmiyyətini göstərdi”.

Qalanews xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısına göndərdiyi videomüraciətində bildirib.

"44 gün ərzində çox çətin mübarizə aparıldı. Bu təcrübə bir daha onu göstərir ki, “Dördüncü hakimiyyət” olan media bəzi qüvvələrin əlində manipulyasiya alətinə çevrilib.

Artıq hər birimiz çox konkret olaraq görürük ki, media bəzilərinə görə həqiqətləri təhrif etmək, gerçəkləri gizlətmək üçün lazımdır. Digital faşizm bu gün milyonlarla insanın doğru informasiya almaq hüququnu məhdudlaşdıran təhdidə çevrilib. Heç bir etik dəyərlərin olmadığı sosial mediada həqiqəti tapmaq, müdafiə etmək çətindir. Dezinformasiya ilə mübarizədə, informasiya təhlükəsizliyi sahəsində Türkdilli dövlətlər arasında əlaqələrin daha da genişlənəcəyinə ümid edirəm”, - o deyib.




Baxış sayı: 294



OXŞAR XƏBƏRLƏR