QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 May 2022, 15:20
Gürcüstan Azərbaycanla gömrük məsələlərini müzakirə edib

Gürcüstan Azərbaycanla ticari-iqtisadi münasibəltərin əhəmiyyəti və gömrük orqanları arasında prioritet məsələlərin müzakirəsini aparıb.

Qalanews xəbər verir ki, bu məsələlər Gürcüstan Gəlirlər Xidmətinin rəisi Levan Kakava və Azərbaycanın Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə nəzərdən keçirilib.

L.Kakavanın sözlərinə görə, əməkdaşlıq çərçivəsində gömrük nəzarəti prosedurlarının effektiv həyata keçirilməsi və artan beynəlxalq yük daşımalarının idarə edilməsinin koordinasiyası mühüm əhəmiyyət kəsb edir: “Biz regionda yaranmış çağırışlara toxunduq və onların tez bir zamanda həllini müzakirə etdik. İki ölkənin gömrük orqanlarının yüklərin təyinat ölkələrinə Gürcüstan vasitəsilə çatdırılması üçün beynəlxalq yük daşımaları şirkətlərinə imkan yaratmaqla bağlı tam hazırlığı var”.

Görüşdə “İpək yolu” yeni birgə gömrük-buraxılş məntəqəsinin açılması ilə bağlı olan iri regional layihəyə də diqqət yönəldilib.

Gəlirlər Xidmətində baş tutmuş görüşdə həmçinin qurumun rəis müavini Vladimir Xundadze və Gömrük İdarəsinin rəisi Zurab Siçinava da iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti Gürcüstana işgüzar səfər çərçivəsində “Sarpi” və “Vaxtangisi” gömrük məntəqələrinə baş çəkib.




Baxış sayı: 301



OXŞAR XƏBƏRLƏR