QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 14 May 2022, 14:43
Baş nazirin müavini: "Azovstal”dan 60 nəfərin təxliyə olunması ilə bağlı danışıqlar aparırıq"

“Ukrayna “Azovstal”dan 60 nəfərin təxliyə olunması ilə bağlı danışıqlar aparır”.

Qalanews UNIAN-a istinadən xəbər verir ki, bunu ölkə Baş nazirin müavini, reinteqrasiya naziri İrina Vereşuk deyib.

“Orada bir neçə yüz yaralı var. Onları xilas etmək lazımdır. Çünki Rusiya tərəfi hər şeyi eyni anda qəbul etmir. Beləliklə, ilk növbədə ağır yaralıları və həkimləri xilas etmək istəyirik. Onlar 60 nəfərdir”, - o bildirib.

Məlumata görə, Rusiya qoşunları zavodun ərazisinə raket-bomba zərbələri endirir, artilleriya və tankların köməyi ilə hücum əməliyyatları həyata keçirirlər.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Azovstal”dakı insanları xilas etmək üçün nüfuzlu dövlətlərin vasitəçiliyə cəlb olunduğunu bildirib.




Baxış sayı: 465



OXŞAR XƏBƏRLƏR