QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 May 2022, 10:02
İlin sonuna qədər Ukrayna bütün əraziləri geri qaytaracaq” - Kəşfiyyat rəhbəri

"Rusiya ilə müharibə o qədər yaxşı gedir ki, avqustun ortalarında dönüş nöqtəsinə çatacaq".

Qalanews  APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov "SkyNews" telekanalına eksklüziv müsahibəsində deyib.

O bildirib ki ilin sonuna qədər müharibə tam başa çatacaq.

"Dönüş nöqtəsi avqustun ikinci yarısında olacaq. Bu ilin sonuna kimi aktiv döyüş əməliyyatlarının böyük hissəsi başa çatacaq. Nəticədə biz itirdiyimiz bütün ərazilərimizdə, o cümlədən Donbasda və Krımda Ukraynanın gücünü bərpa edəcəyik", - deyə Budanov vurğulayıb.

Baş Kəşfiyyat İdarəsinin rəisi həmçinin bildirib ki, Rusiyanın döyüş əməliyyatları aparmaq taktikası dəyişməyib və düşmən böyük itkilər verir.

Eyni zamanda o, bildirib ki, Avropa Rusiyanın gücündən əbəs yerə qorxur. Budanov bunun mif oldduğunu deyib:

"Onlar göründüyü qədər güclü deyil. Bu, silahı olan insan dəstəsidir".




Baxış sayı: 308



OXŞAR XƏBƏRLƏR