QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 13 May 2022, 15:53
SON DƏQİQƏ: Türkiyəyə müalicəyə göndərilən 1 yaşlı Amin vəfat etdi

“Bizim 11 uşağımız Türkiyəyə müalicə üçün getmişdi. O uşaqlar arasında körpə Aminimiz də var idi. Bu gün Amini itirdik”.

Bu sözləri “Səni Axtarıram” proqramında aparıcı Xoşqədəm Hidayətqızı deyib.

O, canlı efirdə leykozdan əziyyət çəkən 1 yaşlı Aminin Türkiyədə dünyasını dəyişdiyini açıqlayıb.
“Ailə böyük sevinclə hava limanından Türkiyəyə getdi. Amma gecikdilər. Çünki həkimlər körpənin bir həftə zamanı olduğunu söyləmişdirlər. Təəssüf ki, biz yetişə bilmədik”.

Xatırladaq ki, X.Hidayətqızı daha əvvəl ki “Səni axtarıram”ın buraxlışlarında Aminin ailəsinin maddi imkanlarının olmadığını və təcili şəkildə körpəni Türkiyəyə müalicəyə göndərilməsi üçün xalqa müraciət etmişdi.

Qısa zamanda 55 min dollar pul toplanılmış və Amin ailəsi ilə birlikdə Türkiyəyə yola salınmışdı.




Baxış sayı: 1502



OXŞAR XƏBƏRLƏR