QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 13 May 2022, 13:07
Milli Məclis qərar qəbul etdi: Bu xəstəliklərdən əziyyət çəkənlərə pensiya veriləcək - RƏSMİ

Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək.

Bununla bağlı “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlara dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

“Onkoloji yardım haqqında” qanuna (9-cu maddə) əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müavinət almaq hüququ var. Layihəyə əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.

Hazırda qüvvədə olan “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanuna (9-cu maddə) görə da əlillik , o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət almaq hüququ var. Dəyişikliyə görə, əlillik , o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.




Baxış sayı: 7983



OXŞAR XƏBƏRLƏR