QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 13 May 2022, 13:04
SON DƏQİQƏ: "Sepah"ın zabiti öldürüldü

İranın cənubunda yerləşən Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının ("Sepah") zabiti Müslüm Tağızadə naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.

Qalanews xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

Bildirilib ki, hadisə Əhvazın Ümidiyyə bölgəsində nəzarət-buraxılış məntəqəsində baş verib.

Xatırladaq ki, Xuzistan əyalətində, əsasən, ərəblər yaşayır.

Qeyd edək ki, aprelin sonunda İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının Sistan-Bəlucistan əyalətindəki bölmələrinin baş komandanı general Hüseyn Almasinin olduğu avtomobilə naməlum şəxslərin açdığı atəş nəticəsində mühafizəçi ölmüşdü. Hadisənin nəzarət-buraxılş məntəqəsində baş verdiyi bildirilirdi.




Baxış sayı: 615



OXŞAR XƏBƏRLƏR