QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 13 May 2022, 12:26
Boccia üzrə milli komandanın baş məşqçisi İlham Məhərrəmovun Naxçıvanda paralimpiyaçı idmançılarla görüşü olub

Azərbaycan Boccia İdman Federasiyasının katibi, Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi İlham Məhərrəmov muxtar respublikaya səfər edib.

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının təşkilatçılığı ilə İlham Məhərrəmovun muxtar respublikada boccia ilə məşğul olan paralimpiyaçı idmançı və məşqçi-müəllimlərlə görüşü keçirilib. Görüşdə paralimpiyaçılara müxtəlif məşq prosesləri haqqında müvafiq tövsiyələr verilib, idmançıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, muxtar respublikada paralimpiyaçı idmançılar arasında ən geniş yayılmış idman növlərindən biri də bocciadır. Ötən dövr ərzində idmanın bu növünün muxtar respublikada inkişafı məqsədilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirilib, onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edilir. Bu çərçivədə mayın 13-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar və məhdud fiziki imkanlı şəxslər arasında “Heydər Əliyev Kuboku” uğrunda boccia idman növü üzrə Naxçıvan Muxtar Respublika turniri keçiriləcək.





Baxış sayı: 254



OXŞAR XƏBƏRLƏR